Qubernatorun müavini rüşvət alarkən saxlanıldı

Qubernatorun müavini
Gündəm 26-02-2025 - 20:58

Rusiyanın Voloqda vilayətinin qubernatorunun müavini Denis Alekseyev və onun şəriki Kirill Boçarov rüşvət alarkən cinayət başında saxlanılıblar.

Ajans.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat verib.

Məlumata görə, Alekseyev və Boçarov 2024 və 2025-ci illərdə meşələrin inkişafı üçün investisiya layihəsi həyata keçirən kommersiya təşkilatının nümayəndəsindən 100 milyon rubl rüşvət tələb ediblər. Qeyri-qanuni mükafata görə məmurlar bu təşkilat üçün meşə sahəsinin icarəyə verilməsi məsələsini həll edəcəklərini vəd etdilər. Tələb olunan məbləğin bir hissəsini aldıqdan sonra Alekseyev və Boçarov Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən cinayət başında saxlanılıb.

Rusiya İstintaq Komitəsi vəzifəli şəxslərə qarşı cinayət işi açıldığını da qeyd edib.

PAYLAŞ: