Qlobal fəlakətin nəticələri üzə çıxdı

Şimal və Cənub qütblərində dəniz buzunun həcmi 2025-ci ildə rekord səviyyəyə enib.
Ajans.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
ABŞ Milli Qar və Buz Məlumat Mərkəzinin (NSIDC) alimləri Arktika və Antarktika dəniz buzlarının ümumi sahəsinin 15,76 milyon kvadrat kilometr olduğunu müəyyən edib. Alimlər bunun qlobal iqlim fəlakətinə səbəb ola biləcəyini və nəticələrini açıqlayıblar. Onlar deyirlər ki, kifayət qədər buz olmasa, dünya okeanları istiliyi qəbul edə bilməyəcək və planetin orta temperaturunun artmasına səbəb olacaq.
Ayrı-ayrılıqda Antarktidada dəniz buzunun sahəsi 2,12 milyon kvadrat kilometr, Antarktidada isə 13,64 milyon kvadrat kilometrdir. Son rəqəm 2023-cü ilin fevralında müəyyən edilmiş 15,93 milyon kvadrat kilometrlik əvvəlki beş günlük rekord minimumu üstələyir. Arktika dənizinin buzunun həcmi hazırda ilin bu vaxtı üçün ən aşağı səviyyədədir, Antarktida isə 1970-ci illərin sonlarında peyklər tərəfindən qeydə alınan minimuma yaxındır.
"Hər il əldə etdiyimiz bütün məlumatlar göstərir ki, bu, müvəqqəti dəyişiklik deyil, Arktikada gördüyümüz kimi daha qalıcı bir şeydir”, - deyə, NSIDC-nin baş alimi Walter Meyer bildirib.
Britaniya alimləri son həftələrdə Arktika dəniz buzlarının adi haldan daha çox əridiyini müşahidə ediblər. Fevralın əvvəlində Şimal qütbü ətrafında temperatur normadan təxminən 20 dərəcə yüksək olub və bu, Svalbard ətrafında buzların parçalanmasına səbəb olub.
Milli Okeanoqrafiya professoru Simon Josey, "Əgər siz Antarktidada və ətrafında dəniz buzunun paylanmasını əhəmiyyətli dərəcədə dəyişdirsəniz, planetin iqlim dəyişikliyi ilə mübarizədə bizə kömək edən hissəsini dəyişdirmiş olursunuz" ifadələrini işlədib. O bildirib ki, dəniz buzu planetin ətrafında istiliyin yayılmasına kömək edir, Britaniya və şimal-qərb Avropa kimi yerlərdə nisbətən mülayim iqlimi qoruyur.