Qışın sərt keçəcəyi xəbərinə nazirlikdən REAKSİYA

Fəsillik proqnozlar uzun illəri, böyük əraziləri əhatə edən hava müşahidə məlumatlarının analizi və elmi tədqiqatlar əsasında hazırlanan mövsümlər üzrə ilkin hava durumu ssenariləri olaraq Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) Regional iqlim mərkəzləri tərəfindən yayımlanır.
Bu sözləri Ajans.az-a Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov açıqlamasında bildirib.
Xidmət rəisinin sözlərinə görə, Azərbaycanda çoxillik meteoroloji məlumatların təhlili göstərir ki, qış fəslinin iqlim xüsusiyyətlərinə görə adətən yanvar və fevral aylarında ölkə ərazisi daha tez-tez soyuq arktik hava cərəyanlarının təsirinə məruz qalır, buna görə də qış fəslinin nisbətən mülayim keçəcəyi gözlənilsə də, bəzi dövrlərdə hava şəraitinin şaxtalı və qarlı keçməsi istisna olunmur.