Qəzaya uğramış təyyarənin səs yazısının stenoqramı HAZIRLANIR

Qəzaya uğramış təyyarənin səs yazısının stenoqramı
Dünya 04-01-2025 - 21:14

Cənubi Koreya qəzaya uğramış təyyarənin səs yazısının stenoqramını tərtib edəcək.

Ajans.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

Qeyd edilib ki, müstəntiqlər Cənubi Koreyada dekabrın 29-da qəzaya uğrayan “Boeing 737-800” təyyarəsinin qalıqlarından çıxarılan səsyazıcının tam stenoqramını tərtib etməyə çalışırlar.

Xatırladaq ki, dekabrın 29-da Cənubi Koreyada “Jeju Air”in təyyarəsi Muan hava limanında qəzaya uğrayıb, nəticədə 179 nəfər həlak olub.

PAYLAŞ: