Qəzaya düşən ANAMA əməkdaşlarının son vəziyyəti AÇIQLANDI

Qəzaya düşən ANAMA əməkdaşlarının son vəziyyəti
qəza
Hadisə 09-12-2024 - 17:28

2024-cü il 9 dekabr tarixində Füzuli rayonunun Arayatlı kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Ajans.az-a Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.

Hadisə nəticəsində Agentliyin əməkdaşları Qəhrəmanov Salman, Bəylərzadə Ramiz və Qasımov Mustafa xəsarət alıb. Xəsarət alan şəxslər Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra Gəncə şəhər xəstəxanasına göndərilib. Vəziyyətləri orta ağırdır.

Hadisə əməkdaşın şəxsi avtomobili ilə hərəkətdə olduğu zaman baş verib. 

PAYLAŞ: