Qəzada ölənlərin xatirəsinə Xəzər dənizinə əkillər buraxıldı - FOTO
AZAL-ın "Bakı - Qroznı" reysi ilə hərəkət edərkən qəzaya uğrayan təyyarənin həlak olan sərnişinlərin xatirəsinə ehtiram əlaməti olaraq Qazaxıstanın Aktau, Kurık və Bautino limanlarında Xəzər dənizinə əkillər buraxılıb.
Ajans.az xəbər verir ki, Manqistau vilayətinin sakinləri Azərbaycan xalqına dəstəyini ifadə edərək, bir daha analoji faciələrin yaşanmamasını arzulayıblar.
Vilayətin akimi Nurdaulet Kilıbay çıxış edərək Qazaxıstan hökumətinin təyyarə qəzası nəticəsində xəsarət alanlara hərtərəfli dəstək göstərdiyini söyləyib.
View this post on Instagram