Qəza zamanı işıqfor yararsız hala düşdü - VİDEO

Gündəm
17-02-2025 - 16:48
Bakıda baş verən qəzada işıqfor yararsız hala düşüb.
Ajans.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
"Yol-nəqliyyat hadisələri təkcə ölüm və xəsarətlə, maddi zərərlə nəticələnmir, həm də digər yol hərəkəti iştirakçılarını yollarda təhlükə ilə üz-üzə qalmasına səbəb olur.
Ötən gün axşam saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi yaşayış massivinə giriş hissədə baş verən qəza nəticəsində nəqliyyat svetoforu yararsız vəziyyətə düşüb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən sıradan çıxan svetoforun yenisi ilə əvəz edilməsi işləri görülür", - deyə məlumatda bildirilib.
Mövzular:
Oxşar xəbərlər
“Türk dili bizim üçün təhlükəlidir” – Ayaz Salayevlə Sabir Rüstəmxanlı qarşı-qarşıya
Gündəm19:31 / 18-02-25