Putin xəbərdarlıq edib… – Zaxarovadan Qərbin qərarına CAVAB
Rusiya Prezidenti Vladimir Putin daha əvvəl ABŞ-ın Rusiya Federasiyasına uzaqmənzilli silah zərbələri barədə danışıb.
Ajans.az TASS-a istinadən xəbər verir ki, bubu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O bildirib ki, Rusiya Prezidenti bu halda müvafiq qərarlar qəbul ediləcəyi ilə bağlı xəbərdarlıq edib.
Xatırladaq ki, cari ilin sentyabr ayının 12-də Putin qeyd edib ki, Rusiya Federasiyasına qarşı Qərbin uzaqmənzilli silahlarından istifadə ilə bağlı mümkün qərarı ABŞ və digər NATO ölkələrinin Ukraynadakı müharibədə birbaşa iştirakından başqa bir şey demək deyil. Bu, münaqişənin mahiyyətini əhəmiyyətli dərəcədə dəyişəcək və Rusiya Federasiyası yaradılacaq təhlükələrə əsaslanaraq müvafiq qərarlar qəbul edəcək.