Rusiya ordusu bu əraziləri nəzarətə GÖTÜRDÜ

Dünya
13-03-2025 - 10:19
Rusiya hərbçiləri Luqansk Xalq Respublikası (LXR) və Donetsk Xalq Respublikası (DXR) arasındakı inzibati sərhədin bir hissəsini nəzarətə götürüb.
Ajans.az xəbər verir ki, bu barədə LPR-nin istefada olan xalq milis polkovnik-leytenantı Andrey Maroçko Teleqram kanalında məlumat verib.
“Aktiv hərbi əməliyyatlar zamanı Rusiya Silahlı Qüvvələri Beloqorovkanın cənub-qərbindəki LPR-nin inzibati sərhəddini keçərək strateji yüksəkliklərdə əlverişli mövqelər tutub. Qoşunlarımızın irəliləməsi nəticəsində təbaşir karxanası ərazisi və inzibati sərhədin yarım kilometrlik hissəsi tam nəzarətə götürülüb”, - deyə Maroçko bildirib.
Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
Oxşar xəbərlər
Livandaki miqrantların ACINACAQLI VƏZİYYƏTİ: “Müasir kölələliyin bir formas... FOTO
Dünya11:55 / 05-10-24