NATO qüvvələrini Rusiya ilə sərhədlərdə cəmləməyə başladı

NATO qüvvələrini Rusiya ilə sərhədlərdə
NATO
Dünya 09-12-2024 - 11:48
 178

Şimali Atlantika Alyansı taktiki nüvə silahları üçün sistemlər yerləşdirmək imkanı ilə Rusiya və Belarus sərhədində qüvvələri cəmləşdirir.

Ajans.az xəbər verir ki, bu barədə “Müttəfiqlər” nəşrinə müsahibəsində Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) daimi nümayəndəsi Viktor Vasilyev bildirib.

Daimi nümayəndənin sözlərinə görə, təşkilat Avropada gərginliyin görünməmiş artımını qeyd edir. “Strateji vəziyyət hətta Finlandiya və İsveç Şimali Atlantika Alyansına qoşulduqdan sonra da pisləşdi”, - deyə, o vurğulayıb.

Bundan əvvəl ABŞ prezidenti Co Bayden NATO-ya üzv ölkələrin Avropada “müttəfiqləri sakitləşdirmək” və “sonrakı Rusiya təcavüzünü saxlamaq” məqsədi ilə bölgəyə göndərilən təxminən 80 min amerikalı hərbçinin olduğunu açıqlamışdı.

Dekabrın 5-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT Nazirlər Şurasının plenar iclasında bildirib ki, əvvəlkinin reinkarnasiyası olan Soyuq Müharibə ABŞ və müttəfiqlərinin istəyi səbəbindən qaynar fazaya keçmək riski daşıyır. Diplomatın sözlərinə görə, Vaşinqton və onun tərəfdarları 1980-ci illərdə bağlanmış silahlara nəzarət müqavilələrinin hamısını zibil qutusuna atıblar.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: