Putin Çinə “diplomatik hədiyyə” göndərdi, ABŞ QƏZƏBLƏNDİ
Putin Çini dostluğun 75 illiyi münasibətilə təbrik edib.
Ajans.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin iki ölkə arasında dostluğun 75 illiyi münasibətilə Çinə “diplomatik hədiyyə” təqdim etməsi ABŞ hakimiyyətini qəzəbləndirib.
Rusiya lideri xarici işlər naziri Sergey Lavrov vasitəsilə Çinin ərazi bütövlüyünə dəstək sözlərini çatdırıb. Xüsusilə, Tayvan məsələsi qaldırılıb. Xarici siyasət idarəsinin rəhbəri vurğulayıb ki, Rusiya ÇXR-in ölkənin birliyini qorumaq səylərini tam dəstəkləyir.
Diplomatın açıqlamaları Tayvanın müstəqilliyini dəstəkləyən Vaşinqtonun mənfi reaksiyasına səbəb olub. Ağ Ev hesab edir ki, Rusiya rəsmilərinin bu cür bəyanatları ÇXR-in regionda təsirini gücləndirmək istəyində mövqeyini gücləndirir.