Rusiya bu ərazini Ukraynadan geri aldı

Dünya
27-02-2025 - 15:27
Rusiya Silahlı Qüvvələri Kursk vilayətinin Nikolski kəndini azad edib.
Ajans.az xəbər verir ki, ordu Rusiya hərbçilərinin dünən, fevralın 26-da nəzarəti bərpa etdiyi Poqrebki kəndinin cənubunda, Sudjanski rayonunda yerləşdirilib.
Müdafiə Nazirliyinin məlumatına görə , Şimal hərbi qrupunun bölmələri qəsəbəyə daxil olub. Ukrayna Silahlı Qüvvələri Qonçarovka, Quevo, Zaoleşenka, Kurilovka, Lebedevka, Maxnovka, Melovoy, Nikolski, Novaya Soroçina, Oleşnya, Rubanşina və Sudja yaşayış məntəqələrinin ərazilərində məğlub olub.
Aytac Əsəd
Vəzifəsi: Müxbir