Kartof və soğan bahalaşıb - VİDEO

Kartof və soğan bahalaşıb -
İqtisadiyyat 13-03-2025 - 17:37

Son günlər kartof və soğanın qiymətində kəskin artım müşahidə olunur.

Ajans.az xəbər verir ki, ənənəvi olaraq marketlərdə yüksək qiymətlərə rast gələn alıcılar indi bazarlarda da eyni vəziyyətlə üzləşirlər. Alıcıların sözlərinə görə, ötən ilin eyni ayında 1 kilo kartofu 50 qəpik və ya 1 manata almaq mümkün idi. Lakin hazırda bu qiymət minimum 1 manat 20 qəpikdən başlayır və 2 manata qədər qalxır.
Soğanın qiymətində də ötən illə müqayisədə artım var. Hazırda soğanın bir kilosunun qiyməti 1 manat 20 qəpikdir. Lakin satıcılar bunu təkzib edirlər. Onların sözlərinə görə, məhsul bol, qiymətlər münasibdir, lakin alıcı kütləsi azdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: