Rusiyada nazir vəzifəsindən azad olundu
Samara vilayətinin daha bir naziri vəzifəsini tərk edib.
Ajans.az xəbər verir ki, Samara vilayətinin əmək, məşğulluq və miqrasiya siyasəti naziri İrina Nikişina öz xahişi ilə vəzifəsindən azad olunub.
Qeyd edək ki, İrina Vladimirovna nazirliyə 2014-cü ildə rəhbərlik etməyə başlayıb. Daha sonra o, əmək naziri vəzifəsini icra edən, 2018-ci ilin oktyabrında isə müvafiq şöbənin müdiri təyin edilib.