Türk generaldan Ermənistana XƏBƏRDARLIQ - "Əgər müharibə olsa..."

“Ermənistan müharibəyə bu gün hazırlaşmır. Ermənistan əslində üçtərəfli razılaşmanın imzaladığı andan etibarən müharibəyə hazırlaşır. Müharibəyə bir neçə fərqli cəbhədə hazırlaşır: Birincisi, diplomatik cəbhədə fəaliyyət göstərir. İkincisi, döyüş meydanında hərbi əməliyyatlara və ya silahlanmaya yönəlmiş hazırlıqlar aparır”.
Bunu Ajans.az-a açıqlamasında Türkiyəli general Yücel Karauz deyib. General bildirib ki, Ermənistan Avropa missiyasının müşahidə fəaliyyətlərini bəhanə edərək, Azərbaycanın ərazi bütövlüyünə qarşı düşmən mövqeyi sərgilədi və kəşfiyyat fəaliyyətləri həyata keçirdi:
“Silahlanma baxımından isə, əsasən Fransa, Hindistan və Cənubi Koreyadan olmaqla, İkinci Qarabağ Müharibəsində itirdiyi silah sistemlərini yenidən təmin etməyə başladı. Lakin bunlar sadəcə müdafiə silahları deyil, eyni zamanda hücum silahlarıdır. Əslində, Ermənistan üçün heç bir zərurəti olmayan silahlardır. Ermənistanın bu cür silahlanması belə onun müharibəyə hazırlaşdığını göstərir”.
General qeyd edib ki, Ermənistanın yalnız silah alaraq bu məsələni həll edə biləcəyini düşünməsi böyük yanılmadır:
“İkinci Qarabağ Müharibəsində əsgərlərinin qaçmaması üçün onları tanklara və toplara bağlayan Ermənistan gec-tez ikinci "Dəmir Yumruğu" başında hiss edəcək. Seçim onların öz əlindədir. Qalib və müzəffər ölkənin lideri hər fürsətdə Ermənistana sülh üçün imkan yaratdığı halda, bu cür düşmən mövqeyi sərgiləmək ciddi səhvdir.
Əgər üçüncü Qarabağ Müharibəsi baş verərsə, bu dəfə Azərbaycan öz qədim torpaqları – Zəngəzur və Qərbi Azərbaycanda fəaliyyət göstərəcək. Ermənistan buna hazır olmalı və bunun nəticələrini dərk etməlidir. Hazırkı silahlanma və qisas əməliyyatlarına hazırlıq boş və məqsədsiz bir cəhddir. Ermənistana səslənirik: Ey Ermənistan, ağlını başına topla”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.