Prezident nazirlərin iclasında iştirak etdi - FOTOLAR

Aprelin 4-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib.
Ajans.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov dedi:
-Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, hörmətli energetika və mənzil tikintisi komissarı cənab Dan Yorgensen, hörmətli nazirlər, əziz qonaqlar, xanımlar və cənablar.
Sizi Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 3-cü iclaslarında salamlamaqdan böyük şərəf hissi duyuram. Bu toplantı həmin çərçivədə enerji təhlükəsizliyi ilə enerji keçidi arasında uzlaşmanı gücləndirmək üçün uğurlu səylərimiz də növbəti mühüm mərhələdən xəbər verir. Mən bu uğura təkan verilməsində qətiyyətli rəhbərliyinə və güclü dəstəyinə görə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə ən dərin təşəkkürümü bildirmək istəyirəm. İndi isə mən böyük məmnunluq hissi ilə Prezident İlham Əliyevi açılış nitqi ilə çıxış etməyə dəvət edirəm.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.