Bakıda yaşayış binasında yanğın - VİDEO

Bakıda yaşayış
Gündəm 13-04-2025 - 18:47

Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mağazaya bitişik tikili yanıb.

Ajans.az xəbər verir ki, hadisə “Həzi Aslanov” metrostansiyası yaxınlığında, M.Hadi küçəsi, 73 a ünvanında qeydə alınıb.

Ümumi sahəsi 8 m² olan dəmir konstruksiyalardan ibarət tikilinin içərisində quraşdırılan generator və karton taralar yanıb.

Yüksək temperaturdan marketin lambirdən ibarət divar üzlüyü 40 m² sahədə əriyib. Marketin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə yerindən görüntüləri təqdim edirik:

PAYLAŞ: