Ağdamda yolda qəza olub, yaralılar var

Gündəm
13-04-2025 - 18:35
Ağdamda iki "VAZ" toqquşub, hər ikisinin sürücüsü xəsarət alıb.
Ajans.az xəbər verir ki, hadisə rayonun Quzanlı-Əfətli yolunun Xındırıstan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Yaralılar Ağdam rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.