Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulub

"Xural" internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulub.
Ajans.az bildirir ki, bu barədə onun həyat yoldaşı Məlahət Zeynallı məlumat verib.
O bildirib ki, bir müddət əvvəl 6 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Əvəz Zeynallının sağlıq durumunda ciddi problemlər yaranmışdı:
"Həkimlər müayinədən sonra nələrdənsə şübhələniblər, bir müddət sonra onu Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin Müalicə Müəssisəsinə göndərdilər. Təxminən 1 ay əvvəl Onkologiya Mərkəzinə aparıb, "biopsiya" götürdülər. 10 gün əvvəl nəticəni Əvəz bəyə açıqlayıblar".
M.Zeynallı qeyd edib ki, bağırsağında olan bədxassəli şiş artıq metastaz verib, xərçəng qara ciyərinə yayılıb.
Mövzular:
Oxşar xəbərlər
Rəhbər olduqları qurumun işindən anlayışları yoxdur - Partiya sədri TƏNQİD ETDİ
Cəmiyyət12:01 / 17-04-25
"Münaqişə vəziyyətlərində daha güclü qanunvericilik bazaları .... " - Səadət Yusifova
Cəmiyyət10:14 / 17-04-25