Bakıda maşın yolda qaldı, SIXLIQ YARANDI

Bakıda maşın yolda qaldı,
Hadisə 13-04-2025 - 16:07

Yol-nəqliyyat hadisəsinin baş verməsi və texniki nasaz avtomobilin yolda qalması nəqliyyat sıxlığına səbəb olub.

Bu barədə Ajans.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Xətai rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, Beynəlxalq Avtovağzalın qarşısında isə texniki nasaz avtomobil yolda qalıb. Qeyd edilən səbəblərdən mərkəz və metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb.

PAYLAŞ: