Hava ilə bağlı daha bir XƏBƏRDARLIQ

Aprelin 14-də avtomobil yollarında görünüş məsafəsinin məhdudlaşması gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Ajans.az-a verilən xəbərə görə, dağlıq və dağətəyi rayonlarda görünüş məsafəsi 500-1000 metrədək azalacaq.
Aprelin 14-də bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
Sürücülərə töhvsiyələr
Sürücülərə aşağıdakı tədbirlərə əməl etmələri tövsiyə olunur:
- Sürət həddini hava şəraitinə uyğun tənzimləmək
- Dumanlı hava şəraitində uzaq məsafəni görmək üçün duman işıqlarından istifadə etmək
- Digər nəqliyyat vasitələri ilə təhlükəsiz məsafəni qorumaq
- Yol nişanlarına və xəbərdarlıqlara diqqət yetirmək