Kəlbəcər sakini Ağdamda dəm qazından boğulub öldü

Gündəm
13-04-2025 - 18:58
Kəlbəcər sakini Ağdamda dəm qazından boğularaq ölüb.
Ajans.az xəbər verir ki, hadisə Birinci Dördyol qəsəbəsində baş verib.
Qəsəbədə yaşayan Kəlbəcərin Zülfüqarlı kənd sakini 1990-cı il təvəllüdlü Bayramov Niyaməddin Nizami oğlu dəm qazından zəhərlənərək yaşadığı evdə ölüb.
Faktla bağlı cinayət işi açılıb araşdırma aparılır.