Platformalarda təhlükəsizlik nişanı qoyulub-ADY

Platformalarda təhlükəsizlik nişanı qoyulub-ADY
Cəmiyyət 23-02-2025 - 12:10
Ölkə boyunca dəmiryol vağzal, stansiya və dayanacaqlarında sərnişin qatarlarının qarşılanıb yola salınması, piyada keçidi və körpülərinin, platformaların qardan təmizlənməsi, xüsusi örtüklü cığırların salınması üçün fasiləsiz iş görülür.
''Ajans.az'' xəbər verir ki, bununla bağlı ADY məlumat yaylıb.
Bununla yanaşı, sərnişinlərin sürüşmə təhlükəsi ilə bağlı məlumatlandırılması üçün platformalarda təhlükəsizlik nişanları qoyulub:
''Hər bir sərnişinin təhlükəsizliyi bizim üçün çox önəmlidir.Hava şəraiti sabitləşənədək analoji tədbirlər davam etdiriləcək''.

PAYLAŞ: