Pezeşkian Bakı və İrəvanı təbrik etdi

Pezeşkian Bakı və İrəvanı
Gündəm 16-03-2025 - 19:20

İran hər zaman ölkələrin ərazi bütövlüyünü qoruyaraq regionda sülh və sabitliyin bərqərar olmasını alqışlayıb.

Ajans.az İRNA-ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığında deyib.

"Prezident Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətni üzrə razılaşmadan məmnunluğunu ifadə edib, eyni zamanda, bu mühüm hadisə münasibətilə hər iki ölkəni təbrik edib, həmçinin İranın ölkələrin ərazi bütövlüyünü qorumaqla regionda, xüsusilə qonşular arasında sülhün, inteqrasiyanın və sabitliyin bərqərar olmasını həmişə alqışladığını vurğulayıb", - İran Prezidentinin ofisindən yayılan məlumatda bildirilib.

Qeyd  edək ki, bundan öncə Ermənistan hökuməti Paşinyan və Pezeşkian arasında telefon danışığının baş tutduğunu açıqlayıb.

PAYLAŞ: