Noyabrda şad xəbər AÇIQLANACAQ - Maaş, pensiya və müavinətlər bu qədər ARTIRILIR

Noyabrda şad xəbər AÇIQLANACAQ -
Maaş, pensiya və müavinət
İqtisadiyyat 28-10-2024 - 17:01
 549

2024-cü ildə Azərbaycanda minimum əməkhaqqının artması gözləntiləri yüksəkdir. Son illərdə inflyasiya səviyyəsinin yüksəlməsi və yaşayış xərclərinin artması ilə bağlı olaraq, işçilərin alıcılıq qabiliyyətinin azalması hökumət tərəfindən yeni maaş artımı planlarının nəzərdən saxlanılmasına səbəb olub. Bir çox iqtisadçı və ekspertlər minimum əməkhaqqının artırılmasını sosial rifahın yaxşılaşdırılması və iqtisadi inkişafın dəstəklənməsi üçün zəruri addım hesab edirlər.

Maraqlıdır, 2024-cü ildə Azərbaycanda maaş artımı gözlənilirmi?

Azərbaycanda əsas ərzaq məhsulları və digər gündəlik tələbat mallarının qiymətləri son zaamnlarda bir qədər yüksəlib. Bu, əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir edir və maaş artımının zəruriliyini vurğulayır. Hökumət sosial siyasətə önəm verərək minimum əmək haqqını artırmağı insanların rifah halını yaxşılaşdırmaq üçün vacib addım kimi görür. Bu, həmçinin regionlarda işsizliyi azaltmaq və sosial bərabərliyi təmin etmək məqsədilə atılan addımların bir hissəsi hesab olunur.

Yaxın region ölkələrində maaşların artması ilə Azərbaycan da rəqabət qabiliyyətini qorumaq üçün əmək bazarında uyğun addımlar atmağa çalışır. Xüsusilə işçi qüvvəsinin qonşu ölkələrə axınının qarşısını almaq üçün maaşların artırılmasının zəruriliyini vurğulayır.

Məsələ ilə Bağlı VI çağırış Milli Məclisin deputatı Vüqar Bayramov Ajans.az-a açıqlamasında bildirib ki, Prezidentin göstərişi ilə gələn ildən minimum əməkhaqqı və minimum pensiyalar artırılacaq. 

Bayramov vurğulayıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi noyabrın 1-dək minimum əmək haqqı və pensiyaların artırılmasına dair təkliflərini təqdim edəcək. Bu təkliflərin büdcə müzakirələrində nəzərə alınması, gözlənilən artımların əsasını təşkil edəcək və xüsusən aztəminatlı ailələr üçün sosial dəstəyin daha da güclənməsinə şərait yaradacaq:

Vüqar Bayramov

"Azərbaycanın 2024-cü il üçün nəzərdə tutduğu büdcədə sosial müdafiə və təminat sahəsinə ayrılan xərclərin 14% artması cəmiyyətin rifahının yüksəldilməsinə yönəlmiş mühüm addım kimi qiymətləndirilir. Prezidentin göstərişi ilə minimum əmək haqqı və pensiyaların artırılması nəzərdə tutulur. Bu qərar ölkənin iqtisadi inkişafı və vətəndaşların sosial təminatının gücləndirilməsi üçün ciddi bir addımdır".

2024-cü ilin büdcəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 4,998 milyard manat nəzərdə tutulub ki, bu da 14% artım deməkdir. Bayramov bildirib ki, sosial paketin genişləndirilməsi 2025-ci ilin əsas prioritetlərindən olacaq.

Ekspertlər nə düşünür?

Ölkə mediasında yer al xəbərlərdə iqtisadçılar qeyd edir ki, minimum əməkhaqqının artırılması ilə yanaşı, digər sosial müavinətlərin də nəzərə alınması vacibdir. Həmçinin, bu addımın orta və kiçik sahibkarlara təsir edəcəyi ehtimallar da mövcuddur. İqtisadi Tədqiqatlar Mərkəzinin bəzi ekspertləri hesab edir ki, maaş artımı iqtisadiyyatda dövriyyənin sürətlənməsinə səbəb olacaq və bunun ümumi iqtisadi inkişafa müsbət təsiri olacaq.

Qeyd edək ki, hökumət tərəfindən hələlik rəsmi təsdiq olmasa da, 2024-cü ilin noybar ayında minimum əməkhaqqı ilə bağlı qərarların veriləcəyi ehtimal edilir. 

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: