Reklam resmi
Reklam resmi

DİN-dən təhlükəli partlayış yaratmaqla kütləvi paylaşım edənlərə XƏBƏRDARLIQ

DİN-dən təhlükəli partlayış yaratmaqla kütləvi paylaşım edənlərə XƏBƏRDARLIQ
Cəmiyyət

“TikTok”da kustar üsulla kimyəvi maddələrin birləşməsindən təhlükəli partlayış yaratmaqla kütləvi paylaşımlar edilir. Polis əməkdaşları tərəfindən sosial şəbəkələrdə təhlükəli trendə çevrilən bu halla bağlı qəti tədbirlər görülür. 

Ajans.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev deyib. 

"Bu əməli törədən şəxslərdən bir nəfər Bərdə rayonunda həbs edilib. Diqqətə çatdırırıq ki, izləyici toplamaq üçün istifadə olunan hərəkətlər insan həyatı və sağlamlığı üçün təhlükə mənbəyidir, vətəndaşları belə əməllərdən çəkinməyə çağırırıq", - deyə E.Hacıyev vurğulayıb.

Mövzular:
DİN Elşad Hacıyev Xəbərdarlıq TikTok

Digər Xəbərlər