Reklam resmi
Reklam resmi

ABŞ artıq sığınacaq axtaranları qəbul etməyəcək

ABŞ artıq sığınacaq axtaranları qəbul etməyəcək
Dünya

ABŞ administrasiyası ölkəyə sığınacaq axtaranların qəbulunun dayandırıldığını açıqlayıb.

Ajans.az xəbər verir ki, bu barədə Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller ABŞ Ali Məhkəməsinin administrasiyaya Suriya və Haitidən olan 356 mindən çox immiqrant üçün Müvəqqəti Qorunan Statusun (TPS) ləğvini davam etdirməyə icazə verən qərarını şərh edərkən bildirib.

Miller deyib: "ABŞ-ın qapıları sığınacaq axtaranların üzünə tamamilə bağlanıb. Onlar üçün yaxşı xəbər odur ki, başqa ölkələr onları qəbul etməyə hazırdır."

O, həmçinin ABŞ sərhədində təqdim olunan sığınacaq müraciətlərinin saxtakarlıq xarakteri daşıdığını iddia edib. Millerin sözlərinə görə, bu müraciətləri edənlərin əksəriyyəti ya cinayətkarlar, ya da sosial müavinətlərdən yararlanmaq istəyən iqtisadi miqrantlardır.

Qeyd edək ki, ABŞ Ali Məhkəməsinin qərarı administrasiyaya Suriya və Haitidən olan 356 mindən çox şəxsin Müvəqqəti Qorunan Statusunun ləğvi prosesini davam etdirməyə hüquqi imkan yaradıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Ağ Ev

Digər Xəbərlər