Reklam resmi
Reklam resmi

Çaylardan daşqın və sel keçəcək – Xəbərdarlıq

Çaylardan daşqın və sel keçəcək – Xəbərdarlıq
Cəmiyyət

Bakıda və Abşeron yarımadasında iyunun 27-si axşamdan 28-i səhərədək gözlənilən yağış leysan xarakterli intensiv olacaq, şimşək çaxacaq. Gecə saatlarında yağışın qısa müddətə güclənəcəyi ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən Ajans.az-a verilən xəbərə görə, iyunun 28-də havanın nisbətən sərin keçəcəyi gözlənilir.

    Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraitinin iyunun 28-i axşamadək davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

    Çaylarda, o cümlədən Kür, Araz və Qanıx çaylarında sululuğun artacağı, bəzi dağ çaylarında isə qısamüddətli daşqın və sel hadisələrinin baş verəcəyi, eyni zamanda bəzi həssas ərazilərdə subasma halları ehtimal olunur.

    Mövzular:
    hava sel çaylar yağış

    Digər Xəbərlər