Premium yaşayış üçün yeni seçim: “City Garden Narimanov”da yeni mərhələ satışda - “Kristal”
"Kristal"ın Bakının ən genişmiqyaslı premium yaşayış layihələrindən biri olan "City Garden Narimanov"da yeni mərhələnin satışına start verilib. Alıcılar ilk mərhələsi uğurla tamamlanaraq istifadəyə verilən meqa yaşayış kompleksinin davamı olan yeni mərhələdə mənzil sahibi olmaq imkanı əldə edirlər. Yeni mərhələdə 2 otaq studiyadan 4 otaqlıya qədər geniş sahə seçimləri üzrə mənzillər faizsiz kredit və ipoteka imkanları ilə təklif olunur.

Şəhərin coğrafi mərkəzində, "Nəriman
Nərimanov" metro stansiyasına bir neçə dəqiqəlik məsafədə yerləşən
"City Garden Narimanov" 17,3 hektarlıq ərazidə inşa olunur. Layihə
müasir şəhər həyatını geniş yaşıllıq sahələri, premium yaşayış standartları və
zəngin infrastrukturla bir araya gətirərək Bakının ən iddialı yaşayış komplekslərindən
biri kimi inkişaf etdirilir.
"City Garden Narimanov"a Şəki dairəsi istiqamətindən yeni yolun çəkilişi artıq əhəmiyyətli dərəcədə irəliləyib. Bu, layihəyə gediş-gəlişi daha rahat etməklə yanaşı, ərazinin gələcək dəyərinə də müsbət təsir göstərəcək.

İlk mərhələsi artıq uğurla
tamamlanaraq sakinlərin istifadəsinə verilən "City Garden Narimanov"
layihəsinin yeni mərhələsi premium yaşayış konsepsiyası, sərfəli maliyyələşdirmə
imkanları və gələcək inkişaf perspektivləri ilə mənzil sahibi olmaq və uzunmüddətli
investisiya etmək istəyənlər üçün cəlbedici seçimdir.
Yeni mərhələdə təqdim olunan mənzillər üzrə alıcılara çevik maliyyələşdirmə imkanları da təklif edilir. Seçilmiş mənzillər üçün 36 aya qədər faizsiz daxili kredit, bütün mənzillər üçün isə 20 ilədək ipoteka imkanından yararlanmaq mümkündür. Bununla yanaşı, layihənin innovativ üstünlüklərindən biri olan “Evini hissə-hissə al” modeli də tətbiq edilir.
“City Garden Narimanov”da bütün mənzillər premium təmirli şəkildə təhvil verilir. Təmir işlərində Almaniyanın HARO parketləri və GROHE hamam aksesuarları, İtaliyanın GEWISS elektrik açarları, Prysmian yanmayan kabel infrastrukturu və Zambaiti Parati divar kağızlarından istifadə olunur. Bu yanaşma estetik görünüşlə yanaşı, uzunömürlü və keyfiyyətli yaşayış mühiti yaradır. Həmçinin, layihədə beton pərdə sistemi, tava tipli bütöv təməl və müasir mühəndislik həlləri tətbiq edilir. Bu yanaşma binaların dayanıqlığını və təhlükəsizliyini artırır.

17,3 hektarlıq ərazidə inşa olunan
layihədə geniş yaşıllıq sahələri, yürüş və velosiped zolaqları, idman
meydançaları, açıq hava istirahət zonaları, yeraltı parkinq və 24/7 təhlükəsizlik
sistemi yaradılıb. Kompleksdə fəaliyyət göstərəcək mall, fitnes mərkəzi, biznes
mərkəzi və uşaq bağçası sakinlərin gündəlik ehtiyaclarını rahat şəkildə
qarşılayacaq.
Layihə və
mövcud satış şərtləri barədə ətraflı məlumat almaq üçün satış ofisinə müraciət
edə və ya *1544 qısa nömrəsi ilə əlaqə saxlaya bilərsən.
Ətraflı: *1544
və ya 050 293 10 10
Ünvan: Nərimanov rayonu,
Xəzri küçəsi