Reklam resmi
Reklam resmi

Azərbaycanda hotellərlə bağlı YENİLİK- QAYDALAR DƏYİŞİR

Azərbaycanda hotellərlə bağlı YENİLİK- QAYDALAR DƏYİŞİR
Cəmiyyət
551

Azərbaycanda mehmanxanaların (hotellərin) 1 ulduzdan 5 ulduzadək kateqoriyalar üzrə qiymətləndirilməsi üçün yeni meyarlar təsdiqlənib.

Ajans.az xəbər verir ki, yeni qaydalara əsasən

mehmanxanaların ulduz dərəcəsi məcburi tələblərə uyğunluqminimal bal həddinin toplanması əsasında müəyyən ediləcək.

Yeni meyarlara görə, 1 ulduzlu mehmanxana üçün 53 məcburi meyar və minimum 95 bal, 2 ulduz üçün 56 məcburi meyar180 bal, 3 ulduz üçün 77 məcburi meyar270 bal, 4 ulduz üçün 96 məcburi meyar410 bal, 5 ulduz üçün isə 119 məcburi meyar və minimum 610 bal tələb olunacaq. Bundan əlavə, hər kateqoriya üzrə “superior” (üstünlük dərəcəsi) almaq üçün ayrıca bal hədləri müəyyən edilib.

Meyarlara əsasən, mehmanxana statusu almaq üçün obyektin ən azı 11 nömrə fonduna, qəbul-qeydiyyat bölməsinə, sanitar qovşaqlı otaqlara malik olması və qonaqlara gündə ən azı bir dəfə qidalanma xidməti göstərməsi tələb edilir.

Qiymətləndirmə zamanı təmizlik və gigiyena, işçi heyətinin peşəkarlığı, xarici dil bilikləri, əlilliyi olan şəxslər üçün əlçatanlıq, qəbul-qeydiyyat xidmətləri, otaqların sahəsi və avadanlığı, internet, təhlükəsizlik, qidalanma, konfrans və istirahət imkanları, spa və idman xidmətləri, keyfiyyətin idarə olunması, rəqəmsal xidmətlər və dayanıqlılıq göstəriciləri də nəzərə alınacaq.

Yeni tələblərə əsasən, mehmanxanalar yalnız müvafiq ulduz kateqoriyası üzrə bütün məcburi meyarlara cavab verdikdə və müəyyən edilmiş minimal balı topladıqda həmin kateqoriyaya uyğun hesab ediləcəklər. Eyni ad altında müxtəlif ünvanlarda fəaliyyət göstərən mehmanxanaların hər biri ayrıca qiymətləndiriləcək.

Mövzular:
hotel mehmanxana yenilik meyyarlar

Digər Xəbərlər