Rusiyanın bölgələrində fövqəladə vəziyyət ELAN EDİLDİ
Krım və Sevastopolda raket təhlükəsi ilə bağlı xəbərdarlıq elan olunub.
Ajans.az xəbər verir ki, bu barədə RİA Novosti agentliyi Rusiya Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, raket təhlükəsi barədə xəbərdarlıq Moskva vaxtı ilə saat 08:35-də verilib.(Bakı vaxtı ilə 09:35)
Bundan əvvəl, iyunun 24-nə keçən gecə Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə qüvvələrinin ölkənin müxtəlif regionları üzərində Ukraynaya məxsus 323 pilotsuz uçuş aparatını (PUA) məhv etdiyini açıqlamışdı.
Bildirilir ki, hücumlara Həştərxan, Kaluqa, Lipetsk, Nijni Novqorod, Oryol və Penza vilayətləri, eləcə də Krım və Moskva vilayəti daxil olmaqla ümumilikdə 20 region məruz qalıb.
Rusiya tərəfinin məlumatına əsasən, vurulan bütün PUA-lar təyyarə tipli olub. İlkin məlumata görə, hücumlar nəticəsində yerdə dağıntı və ya xəsarət alanlar qeydə alınmayıb.