Bu ölkədə GÜCLÜ ZƏLZƏLƏ
Çinin şimal hissəsində yerləşən Tsinxay əyalətində 5.8 və 5.6 maqnitudalı iki zəlzələ qeydə alınıb.
Ajans.az xəbər verir ki, bu məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.
Məlumata əsasən, ilk yeraltı təkanın episentri təxminən 1.6 milyon əhalisi olan Sinin şəhərindən 242 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.
İkinci zəlzələnin episentri isə eyni şəhərdən 249 km cənub-qərb istiqamətində qeydə alınıb, onun ocağı 15 km dərinlikdə yerləşib.
Hər hansı dağıntı və ya xəsarət alanlar barədə hələlik məlumat daxil olmayıb.
Mövzular: