Bu ölkənin paytaxtında silahlı HÜCUM: ÖLƏN VAR
Meksikanın paytaxtı Mexiko şəhərinin tarixi mərkəzində baş verən silahlı hücum nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
Ajans.az xəbər verir ki, bu barədə El Universal qəzeti məlumat yayıb.
Paytaxtın Mülki Təhlükəsizlik Katibliyinin məlumatına görə, hadisə Belisario Domínguez və República de Brasil küçələrinin kəsişməsində baş verib. Naməlum silahlılar üç nəfərə atəş açdıqdan sonra motosikletlə hadisə yerindən qaçıblar.
Hadisə yerinə gələn təcili tibbi yardım briqadası 42 yaşlı kişinin öldüyünü təsdiqləyib. Hər ikisi 39 yaşında olan iki yaralıya ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxanaya çatdırılıblar.
Hadisədən sonra ərazi polis tərəfindən mühasirəyə alınıb. Məhkəmə ekspertləri və prokurorluq əməkdaşları hadisə yerində araşdırma aparırlar.
Hüquq-mühafizə orqanları hücumçuların hərəkət marşrutunu müəyyənləşdirmək üçün müşahidə kameralarının görüntülərini təhlil edir. Hələlik saxlanılan şəxslər barədə məlumat verilməyib, hücumun motivi isə araşdırılır.