39000-dən çox qızılgülün qanunsuz idxalının qarşısı alınıb
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmət (Rosselxoznadzor) Ermənistandan Belarus vasitəsilə Rusiyaya 39000-dən çox qızılgülün qanunsuz idxalının qarşısını alıb.
Ajans.az xəbər verir ki, bu barədə “Rosselxoznadzor”un mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, iyulun 23-də Rosselxoznadzorun Bryansk, Smolensk və Kaluqa vilayətləri üzrə idarəsinin nəzarəti altında böyük miqdarda qızılgül partiyası məhv edilib.
Mövzular: