Reklam resmi
Reklam resmi

Merzdən gözlənilməz addım: Almaniya hökumətində dəyişikliklər başladı

Merzdən gözlənilməz addım: Almaniya hökumətində dəyişikliklər başladı
Dünya

Almaniya kansleri Fridrix Merz hökumətdə ilk kadr dəyişikliklərini elan edib və yaxın vaxtlarda əlavə təyinatların da olacağını bildirib.

Ajans.az xəbər verir ki, Torsten Frey səhiyyə naziri Nina Varkeni əvəz edəcək. Bununla yanaşı, Frey istefa verən Yens Şpanın yerinə Bundestaqda CDU/CSU parlament qrupunun rəhbəri vəzifəsini icra edəcək.

CDU-nun baş katibi Karsten Linnemann Almaniyanın yeni səhiyyə naziri təyin olunacaq.

Həmçinin Kansler Aparatında Federal Torpaqlarla Əlaqələr üzrə dövlət naziri Mixael Maysterin yerinə Rəqəmsal İnkişaf Nazirliyinin parlament dövlət katibi Filip Amtor təyin ediləcək.

Fridrix Merz bildirib ki, hökumətdə əlavə kadr dəyişiklikləri ilə bağlı qərarlar zəruri məsləhətləşmələr başa çatdıqdan sonra açıqlanacaq.

author picture
Leyla Bayandurlu
Mövzular:
Almaniya Fridrix Merz

Digər Xəbərlər