Merts və Paşinyan sülh prosesini müzakirə ediblər
Almaniya Kansleri Fridrix Merts Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı Ermənistan və Azərbaycan arasındakı sülh prosesini, eləcə də Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.
Ajans.az xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius bildirib.
Onun sözlərinə görə, iki ölkə liderləri Yaxın Şərqdəki mövcud vəziyyət, Ukraynadakı münaqişə və onların Cənubi Qafqaz regionuna təsiri barədə fikir mübadiləsi aparıblar.
Mövzular: