Buraya gələn müştərilər çuxura düşür: Həyat üçün TƏHLÜKƏLİ YOL
Bakının Binəqədi rayonunda yerləşən Biləcəri qəsəbəsinin Asəf Zeynalı küçəsində yol problemi yaşanır.
Ajans.az xəbər verir ki, sakinlərin sözlərinə görə, küçədə bir müddət əvvəl yol örtüyündə çökmə baş verib.
Nasazlığın aradan qaldırılması məqsədilə ərazi qazılsa da, sonradan heç bir təmir işi aparılmayıb. Nəticədə küçə həm nəqliyyat vasitələrinin hərəkəti, həm də piyadaların gediş-gəlişi üçün çətinlik yaradır.
Mövzular: