Oğurluq edən şəxslər saxlanılıblar
Nəsimi rayonu ərazisində yerləşən avtomobil təmiri sexindən zərərçəkənə məxsus “Chevrolet” markalı avtomobilin 5 min manat dəyərində ehtiyat hissələri oğurlanıb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən 22 yaşlı Z.Abbasov müəyyən edilərək saxlanılıb.
Ajans.az xəbər verir ki, bununla bağlı DİN-in mətbuat xidmətindən məlumat verilib.
Rayon ərazisində polis əməkdaşlarının keçirdikləri digər tədbir zamanı isə iaşə obyektindən 2600 manat dəyərində 2 ədəd planşet və mobil telefon oğurlamaqda şübhəli bilinən 50 yaşlı A.Bayramzadə də müəyyən edilərək saxlanılıb.
Araşdırmalar davam etdirilir.
Mövzular: