Venesuelada zəlzələdə ölənlərin sayı artıb
Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 5 346 nəfərə çatıb.
Ajans.az xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının sədri Xorxe Rodrigez məlumat yayıb.
Rəsmi məlumatlara görə, 16.740 nəfər yaralanıb, 6.462 nəfər xilas edilib. Hakimiyyət orqanları 128.324 ailəyə yardım göstərib, 17.265 nəfər evsiz qalıb. 23.122 nəfər 107 müvəqqəti düşərgədə yerləşdirilib.
Hökumətin hesabatına görə, 856 binaya ziyan dəyib, onlardan 190-ı tamamilə dağılıb.
İyunun 24-də Venesuelada bir neçə güclü zəlzələ baş verib. Zəlzələlərin gücü Rixter şkalası üzrə 7,2 və 7,5 bal olub.
Mövzular: