DeepSeek-də şəxsi yazışmalar internetə SIZDI
Çinin DeepSeek neyron şəbəkəsinin bəzi istifadəçilərinə məxsus söhbətlər Google axtarış sistemində indekslənərək ictimaiyyət üçün əlçatan olub.
Ajans.az xəbər verir ki, bu barədə SecurityLab məlumat yayıb.
Məlumata görə, xüsusi axtarış sorğuları vasitəsilə Google-da iş sənədləri, mühasibat materialları və hətta istifadəçilər arasında şəxsi yazışmaların yer aldığı bir sıra söhbətlərə giriş əldə etmək mümkün olub.
Bildirilib ki, problemin əsas səbəbi DeepSeek platformasındakı "Paylaş" funksiyasıdır. İstifadəçilər söhbətlər üçün ictimai keçidlər yaradaraq onları digər şəxslərlə paylaşırlar. Lakin bu keçidlərin Google tərəfindən indekslənərək axtarış nəticələrində görünə biləcəyini nəzərə almırlar.
Qeyd olunur ki, xidmətin interfeysi paylaşılmış keçidin hər kəs tərəfindən açıla biləcəyi barədə xəbərdarlıq etsə də, həmin keçidin axtarış sistemləri tərəfindən indekslənə biləcəyi barədə istifadəçilərə ayrıca məlumat verilmir.