ABŞ və İordaniya ticarət sazişi bağlayıb
ABŞ və İordaniya bu gün uzunmüddətli ticarət maneələrini aradan qaldıracaq və Amerika ixracatçıları üçün imkanları genişləndirəcək qarşılıqlı ticarət haqqında saziş bağlayıb.
Ajans.az xəbər verir ki, bu barədə Ağ Evin saytında dərc olunan sənəddə deyilir.
"Saziş üçüncü ölkələrin qeyri-bazar siyasətinə qarşı birgə mübarizə, habelə investisiya təhlükəsizliyi, ixrac nəzarəti və rüsumları ödəməkdən yayınma sahəsində əməkdaşlıq öhdəlikləri vasitəsilə sülhün möhkəmləndirilməsi, regional əməkdaşlığın genişləndirilməsi, təchizat zəncirlərinin və innovasiyaların dayanıqlığının artırılması üzrə öhdəlikləri möhkəmləndirəcək", - məlumatda qeyd olunub.
Mövzular: