Reklam resmi
Reklam resmi

"Arzum 9999" ev dustaqlığına buraxılıb

\"Arzum 9999\" ev dustaqlığına buraxılıb
Cəmiyyət

Paytaxtın Xəzər rayonunda ölümlə nəticələnən avtoqəza törətməkdə təqsirləndirilən "Arzum 9999" ləqəbli İlduzə Hacıyevanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.

Ajans.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən baxış iclası iyulun 31-nə təyin edilib və müdafiə vəkilləri tərəfindən verilən vəsatət təmin edilərək İlduzə Hacıyeva ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, hadisə ötən ilin iyununda paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində baş verib. Məlumata görə, İlduzə Hacıyeva avtomobili ilə dönmə əməliyatı yerinə yetirərkən arxadan sürətlə gələn maşının qarşısına çıxıb və həmin maşın idarəetməni itirərək qəza törədib. Qəza nəticəsində 1 nəfər ölüb, digəri şəxs isə ağır xəsarət alıb.

İlduzə Hacıyeva barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib və ona Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə yekun ittiham irəli sürülüb.(APA)

Mövzular:
Arzum 9999 İlduzə Hacıyeva

Digər Xəbərlər