İsmayıllıda iki maşın toqquşub, bir nəfər ölüb
İsmayıllı rayonunun Uştal kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Ajans.az xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri qəza yerinə cəlb olunublar. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Toyota" və “VAZ” markalı iki minik avtomobili toqquşub, 1 nəfər sıxılı vəziyyətdə qalıb. Həyata keçirilən tədbirlər nəticəsində deformasiya olmuş avtomobildən 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.(APA)
Mövzular: