Reklam resmi
Reklam resmi

"Qarabağ"ın oyununa biletlər satışa ÇIXARILDI

\"Qarabağ\"ın oyununa biletlər satışa ÇIXARILDI
İdman

UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "ÇSKA Sofiya" (Bolqarıstan) qarşılaşmasının biletləri satışa çıxarılıb.

Ajans.az xəbər verir ki, bu barədə "Qarabağ"ın mətbuat xidməti məlumat yayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın standart biletlərinin qiyməti 5, 10, 15 və 20 manat təşkil edəcək. VIP sektorlar üzrə biletlər 50, 75 və 100, VVIP sektorlar üçün isə 150 manata satışa çıxarılacaq.

Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür. Onlayn alış zamanı problem yaranacağı təqdirdə isə azarkeşlər "iTicket"ın satış məntəqələrinə, "Park Bulvar"dakı "Qarabağ" futbol klubunun fan-şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.

Qeyd edək ki, "Qarabağ" - "ÇSKA Sofiya" görüşü iyulun 23-də saat 20:00-da başlayacaq.

Mövzular:
Qarabağ UEFA Avropa Liqası

Digər Xəbərlər