Reklam resmi
Reklam resmi

Bu şəxslər MİQ imtahanına BURAXILMADI

Bu şəxslər MİQ imtahanına BURAXILMADI
Cəmiyyət

2026-2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb.

Ajans.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, iyulun 14-dən 18-dək təşkil olunan test imtahanlarına ümumilikdə 32 min 222 nəfər dəvət olunub. Test imtahanı mərhələsi üzrə davamiyyət göstəricisi 96 faiz təşkil edib.

İmtahanın son günü üzrə apellyasiya müraciətlərinin qəbulu iyulun 19-da saat 12:00-dan etibarən başlayacaq.

Test imtahanı mərhələsi zamanı qaydaları pozduğu müəyyən edilən 4 nəfər imtahandan kənarlaşdırılıb.

İmtahan prosesinin şəffaflığının və obyektivliyinin təmin edilməsi məqsədilə nəzarət tədbirləri bütün imtahan mərkəzlərində davam etdirilib.

Müsabiqənin növbəti mərhələsi ilə bağlı məlumat yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

Mövzular:
MİQ imtahan mütda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi

Digər Xəbərlər