Konqoda eboladan ölənlərin sayı 864-ə çatıb
Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 864 nəfərə çatıb.
Ajans.az xəbər verir ki, Konqo Demokratik Respublikasında Ebola virusuna təsdiqlənmiş yoluxma hallarının sayı isə 2200-ə yüksəlib.
Qeyd edək ki, budəfəki Ebola epidemiyası bu il mayın 15-də Konqo Demokratik Respublikasının şərqində və Uqandada başlayıb. Epidemiyanın episentri isə Konqonun İturi əyalətidir.
Mövzular: