Rusiya Ukraynanın itkilərini YENİLƏDİ
Rusiya müharibənin 1606-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Ajans.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 673 təyyarəsi, 284 helikopteri, 183 930 PUA-sı, 666 zenit-raket kompleksi, 30 195 tank və digər zirehli texnikası, 1 760 reaktiv yaylım atəş sistemi, 35 808 artilleriya və minaatanı, 66 757 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
Mövzular: