Reklam resmi
Reklam resmi

Azərbaycandan neft məhsullarının ixrac həcmi artıb 

Azərbaycandan neft məhsullarının ixrac həcmi artıb 
İqtisadiyyat

Cari ilin yanvar-iyun aylarında Azərbaycandan neft məhsullarının ixrac həcmi artıb.

Ajans.az-ın Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, cari ilin yanvar-iyun aylarında Azərbaycandan 486,6 min ton neft və bitumlu süxurlardan alınan neft məhsulları, eləcə də tərkibində kütlə etibarilə 70 faiz və daha çox neft və ya neft məhsulları olan məhsullar ixrac edilib. Bu ixracın dəyəri 385,8 milyon ABŞ dolları təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 245 milyon ABŞ dolları və ya 2,7 dəfə, həcm ifadəsində isə 204,9 min ton və ya 1,7 dəfə artıb.

Hesabat dövründə qeyd olunan məhsulların ölkənin ümumi ixracında payı 2,38 faiz olub.

Mövzular:
azərbaycan neft ixrac həcm

Digər Xəbərlər