Latviyada ölüm sayı doğulanların sayını üstələyib
Latviyada əhalinin azalması davam edir.
Ajans.az xəbər verir ki, ölkənin Mərkəzi Statistika İdarəsinin ilkin məlumatlarına görə, 2026-cı ilin ilk beş ayında ölüm halları doğum sayını 6 859 nəfər üstələyib. Bu göstərici ötən ilin eyni dövründə qeydə alınan 6 428 nəfərlik fərqdən də yüksəkdir.
Hesabata əsasən, yanvar-may aylarında ölkədə 4 589 uşaq dünyaya gəlib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz azdır. Təkcə may ayında 947 doğum qeydə alınıb.
Eyni dövrdə ölüm halları 1,9 faiz artaraq 11 448-ə çatıb. Nikahların sayı isə 19,8 faiz azalaraq 2 396 olub.
İlkin hesablamalara görə, 2026-cı il iyunun 1-nə Latviyanın əhalisi 1 milyon 833 min nəfər təşkil edib.