Ağır QƏZA: Ölən var
Biləsuvar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Ajans.az xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun rayonun Nərimankənd kəndindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, 3 avtomobilin qəzaya uğraması nəticəsində, nəqliyyat vasitələrindən birinin - "VAZ-2107" markalı minik avtomobilinin sürücüsü Şərifağa Əmənov ölüb. Qeyd edək ki, "VAZ-2107" markalı avtomobil qəzadan sonra yanıb.
Faktla bağlı araşdırma aparılır. (report)
Mövzular: